Ramilə Seyidova Şahbuzda vətəndaşları qəbul edəcək

Ramilə Seyidova Şahbuzda vətəndaşları qəbul edəcək

09 İyun 2026

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın Şahbuz rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iyunun 18-də saat 11:00-a təyin edilmiş qəbul iyunun 19-da saat 11:00-da Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Ailə, qadın və uşaq məsələləri ilə bağlı müraciət etmək istəyən vətəndaşlar qəbulda iştirak edə bilərlər.