Naxçıvan idmançısı Ləman Bağırova beynəlxalq yarışın mükafatçısı olub -

Naxçıvan idmançısı Ləman Bağırova beynəlxalq yarışın mükafatçısı olub - FOTO

27 İyul 2026

Bakı şəhərində 14 və 16 yaşadək cüdoçular "Avropa Cüdo Ümidləri" turniri keçirilib. Yarışda 10 ölkədən 81 klubun 289 idmançısı iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yarışda Naxçıvan Muxtar Respublikasından məşqçi Orxan Quliyevin rəhbərliyi ilə 2 idmançı iştirak edib.

Ölkəmizi yarışda təmsil edən Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin idmançısı Ləman Bağırova 16 yaşadək qadın  cüdoçular arasında fərqlənib. İdmançımız -40 kq çəki dərəcəsində üçüncü yerə sahib çıxaraq bürünc medal qazanıb.

Xatırladaq ki, Ləman Bağırova ötən il analoji turnirdə U14 yaş kateqoriyasında qızıl medal qazanmışdı.