Naxçıvanın bəzi rayonlarında qaz təchizatı dayandırılacaq

Naxçıvanın bəzi rayonlarında qaz təchizatı dayandırılacaq

14 İyul 2026

Bu gün Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad və Babək rayonlarının bir sıra ərazilərində qazın verilişi dayandırılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 14-də işlər başa çatanadək Culfa və Ordubad rayonlarının, eləcə də Babək rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.