MİQ imtahana gəlməyənlərin sayı açıqlandı

MİQ imtahana gəlməyənlərin sayı açıqlandı

14 İyul 2026

Bu gündən 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, MÜTDA-dan verilən məlumata görə, test imtahanları 14–18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunur.

Bildirilib ki, test imtahanı mərhələsinin ilk günündə 8024 namizəd dəvət olunub. Ümumilikdə 95% davamiyyət qeydə alınıb.

Qeyd olunub ki, bu gün təşkil olunan müəllimlərin işə qəbulu prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 15 iyul saat 12:00-dan etibarən başlanılacaq. Müraciətlər 2 gün ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.