Culfanın kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

Culfanın kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq

30 İyun 2026

İyulun 1-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

RETSİ-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, fasilə “Naxçıvan Enerji” MMC tərəfindən 110/35/10 kV-luq Çeşməbasar yarımstansiyasının yenidən qurulması və yeni elektrik xətlərinə qoşulması işləri ilə əlaqədardır.

Bildirilib ki, iyulun 1-də saat 10:00-dan 14:00-dək Camaldın, Ərəzin, Əbrəqunus, Qızılca, Kırna, Bənəniyar, Saltaq, Göydərə, Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ, Boyəhməd, Gal və Şurud kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Qeyd edilib ki, enerji təchizatı sistemlərinin etibarlılığının artırılması məqsədilə elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir-bərpa işləri davam etdirilir.