İlham Əliyev Venesuelada zəlzələdə insan təlafatına görə başsağlığı verib

İlham Əliyev Venesuelada zəlzələdə insan təlafatına görə başsağlığı verib

30 İyun 2026

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodriqesə baş sağlığı verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məktubda bildirilib:

"Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Venesuela xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".