Nazirdən rus bölməsi ilə bağlı açıqlama
Rus bölməsində təhsilin keyfiyyətinin daha üstün olması sadəcə mifdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, valideyni övladını hansı dildə tədrisə cəlb etməsi ilə bağlı yönləndirmək olmaz:
"Azərbaycanda müxtəlif dillərdə tədris aparılan məktəblər də var. Rusdilli məktəblərin niyə var olduğunu da bilirik".








