Naxçıvanda "Autizmi Hiss Et" VR təcrübəsi keçiriləcək
Naxçıvanda autizmli fərdlərin gündəlik həyatda qarşılaşdıqları sensor təcrübələri ictimaiyyətə çatdırmaq məqsədilə "Autizmi Hiss Et" adlı virtual reallıq (VR) tədbiri təşkil olunacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir 2–3 iyul tarixlərində, hər gün saat 17:00-da Saat Meydanı İstirahət Kompleksində keçiriləcək.
Layihə iştirakçılarına autizmli uşaqların dünyasını virtual reallıq vasitəsilə hiss etmək imkanı yaradacaq. Təşkilatçıların məqsədi autizmin daha yaxından tanınmasına, empatiyanın formalaşmasına və cəmiyyətdə inklüziv yanaşmanın gücləndirilməsinə töhfə verməkdir.
Tədbir Regional İnkişaf İctimai Birliyi və Autizmli Uşaqlara Dəstək İctimai Birliyi tərəfindən birgə təşkil olunur.
Təşkilatçılar hər kəsi bu fərqli təcrübəyə qoşulmağa və dünyaya autizmli uşağın gözü ilə baxmağa dəvət edirlər.








