Naxçıvanda elektron müraciətlər 93% artıb

Naxçıvanda elektron müraciətlər 93% artıb

27 İyun 2026

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi vətəndaşların və hüquqi şəxslərin xidmətlərə çıxış imkanlarını asanlaşdırır, vaxt və resurslara qənaəti, həmçinin idarəetmədə şəffaflığı artırır.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata əsasən, cari ilin yanvar-may ayları ərzində Xidmətə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 5194 elektron müraciət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 93 faiz artım qeydə alınıb.