Naxçıvan məktəbliləri Respublika İdman Olimpiadasını 13 medalla başa vurdu -

Naxçıvan məktəbliləri Respublika İdman Olimpiadasını 13 medalla başa vurdu - FOTO

26 İyun 2026

Bakı şəhərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında yarışlara yekun vurulub. Naxçıvan Muxtar Respublikası olimpiadada 8 idman növü üzrə 17 məşqçi-müəllim və 64 məktəbli ilə təmsil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan məktəbliləri yarışları 4 qızıl, 1 gümüş və 9 bürünc olmaqla, ümumilikdə 14 medalla başa vurublar.

Boks yarışlarında Məhəmməd Mustafa (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala sahib olub. Dünyamin Şirəliyev (52 kq), Elmurad Kərimli (48 kq), Səfər Həsənli (50 kq) və Rəvan Orucov (70 kq) isə bürünc medal qazanıblar. Atletika yarışlarında Ümid Musayev topatma növündə, Uğur Məmmədli isə qaçaraq uzunluğa tullanma üzrə qızıl medala layiq görülüblər. Murad Babayev 600 metr məsafəyə qaçışda bürünc medal qazanıb. Ağırlıqqaldırmada Fəxrəddin Allahverdiyev (+71 kq) qızıl, Ümid Hüseynov (52 kq) gümüş, Mikayıl Novruzov (71 kq) isə bürünc medal əldə edib. Cüdo yarışlarında Nihad İmanov (81 kq) bürünc, sərbəst güləşdə isə Şamxal Əlizadə (52 kq) və Ramal Bağırov (75 kq) bürünc medal qazanıblar.