Naxçıvanda minifutbol üzrə kubok yarışı keçiriləcək

Naxçıvanda minifutbol üzrə kubok yarışı keçiriləcək

27 İyun 2026

“Naxçıvan Muxtar Respublikasının Birinci Minifutbol Kuboku” uğrunda turnirə qeydiyyat başlayır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarış Azərbaycan Minifutbol Federasiyası (AMF) və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə keçiriləcək.

Turnirin 2026-cı ilin iyul-sentyabr aylarında təşkili nəzərdə tutulub. Yarışda iştirak etmək istəyən komandalar qeydiyyatdan keçmək üçün Naxçıvan Futbol Federasiyasına müraciət edə bilərlər.

Turnirin formatı və digər təşkilati məsələlərlə bağlı ətraflı məlumatın qeydiyyatdan keçmiş iştirakçılara təqdim olunacağı bildirilib.