Kikboksçular Naxçıvanqalada açıq məşq keçiblər -

Kikboksçular Naxçıvanqalada açıq məşq keçiblər - FOTO

25 İyun 2026

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində müxtəlif idman növləri üzrə açıq hava məşğələləri davam etdirilir. Layihənin məqsədi gənc nəslin tarixi-mədəni irsimizə marağının artırılması, memarlıq abidələrinin tanıdılması, idmanın və sağlam həyat tərzinin təbliğidir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, növbəti açıq məşq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Araz” kikboksinq klubu tərəfindən keçilib. Müxtəlif yaş qruplarından olan idmançıların iştirakı ilə keçirilən məşq zamanı kikboksçular ümumi fiziki hazırlıq hərəkətləri, zərbə texnikaları və taktiki elementlər üzrə bacarıqlarını nümayiş etdiriblər.