“Gül kələmi” yükündə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilib -

“Gül kələmi” yükündə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilib - VİDEO

25 İyun 2026

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, "Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə gül kələmi" yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı bir ədəd paletdəki 160 ədəd bağlamada görünüşcə gül kələmi formasına salınan və gömrük nəzarətindən gizlədilən xalis təmiz çəkisi 90 kiloqram 945 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.