Müsadirə olunmuş 4 tondan çox narkotik vasitə məhv edilib

Müsadirə olunmuş 4 tondan çox narkotik vasitə məhv edilib

14 İyun 2026

Cari ilin yanvar-may ayları ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 3 min 766 fakt aşkar edilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 4 ton 283 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr müsadirə olunub.

Həmçinin qeyd edilən dövr ərzində 4 min 486 ədəd metadon qanunsuz dövriyyədən götürülüb, 1500 nəfər cinayət məsuliyyətinə cəlb olunub.