DTX-nin saxladığı Saleh Səmədovun işi üzrə məhkəmə iclası keçirilib

DTX-nin saxladığı Saleh Səmədovun işi üzrə məhkəmə iclası keçirilib

10 İyun 2026

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib.

O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti proses 1 iyula təyin olunub.

Xatırladaq ki, S. Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. S. Səmədov DTX tərəfindən həbs edilib. O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad olunub.