Şəhid övladı rayon birincisi kimi təltif olundu - FOTO
Təhsil, Əmək və Əhalinin Sosial Müdafiə nazirləri şəhid övladının məzun olduğu məktəbdə “Son zəng” tədbirində iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fərid Bağırzadə şəhid kapitan Elnur Cəfərovun övladı Məhəmməd Cəfərovun məzun olduğu Şərur şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak ediblər.
Tədbirdə çıxış edən nazirlər məzunları, müəllimləri və valideynləri təbrik edərək, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, onların ailələrinə, xüsusilə övladlarına göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar.
Tədbirdə şəhid əmanətinə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Məhəmməd Cəfərov 2025–2026-cı tədris ili üzrə buraxılış imtahanlarında Şərur rayonunun ümumtəhsil məktəbləri arasında ən yüksək nəticə göstərən məzun olub.













