Naxçıvanda bu il 3698 şagird məzun olub -

Naxçıvanda bu il 3698 şagird məzun olub - FOTO

13 İyun 2026

İyunun 13-də Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində  “Son zəng” tədbirləri keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Şəhər İcra başçısının müavini Əhməd Vəliyev Heydər Əliyev adına tam orta məktəbdə keçirilən “Son zəng” tədbirlərində iştirak ediblər.

“Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova    məzunları, müəllimləri və məzunların valideynlərini təbrik edərək, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Rəsmi hissədən sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub. Tədbir məzunlarla xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.