Təhsil naziri Şahbuz rayonunda vətəndaş qəbulu keçirib - FOTO
İyunun 11-də Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov Şahbuz rayonunda vətəndaşları qəbul edib.
"️NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.
Şahbuz Rayon Təhsil Şöbəsində keçirilən qəbulda vətəndaşlar tərəfindən ünvanlanan bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.










