Naxçıvanda Zəroş Həmzəyeva küçəsində təmir işləri aparılır -

Naxçıvanda Zəroş Həmzəyeva küçəsində təmir işləri aparılır - FOTO

12 İyun 2026

Naxçıvan şəhər İcra Hakimiyyətinin sifarişi əsasında “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən Zəroş Həmzəyeva küçəsi istiqamətində deformasiyaya uğramış avtomobil yolunda yaranmış problem aradan qaldırılır.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, təmir zamanı yolun hərəkət hissəsində asfalt-beton işləri icra olunaraq səthin hamar və təhlükəsiz vəziyyətə gətirilməsi təmin edilir.

Asfaltlanma işləri yekunlaşdıqdan sonra avtomobillərin daha rahat hərəkətini təmin etmək məqsədilə yolda xətlənmə işləri aparılacaq və yolgöstərici xətlər çəkiləcəkdir.

YAXŞI YOL...