Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər

Azərbaycanda mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər

12 İyun 2026

Azərbaycanda dövlət mülkiyyətində olan mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin iyunun 12-də təsdiqlədiyi "Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nda öz əksini tapıb.

Sənəddə vurğulanıb ki, mülki hava limanları Mülki Məcəllə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna və həmin qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq özəl tərəfdaşa (sahibkarlıq subyektinə) idarəetməyə verilə bilər.