Naxçıvan iqtisadiyyatı böyüyüb

Naxçıvan iqtisadiyyatı böyüyüb

13 İyun 2026

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 646,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin "NAXÇIVANXƏBƏRLƏRİ"-nə məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisəsə 2,2 % çoxdur.

Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,9 % artaraq 1 368 manat təşkil edib.

Xatırladaq ki, 5 ay ərzində Azərbaycanda 51 milyard 783,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən eynidir.

O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1 % azalaraq 16 milyard 125,4 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,4 % artaraq 35 milyad 658,4 milyon manata çatıb.