Ordubadda hüquqpozmalara dair tədbir keçirilib -

Ordubadda hüquqpozmalara dair tədbir keçirilib - FOTO

13 İyun 2026

Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlara qarşı törədilən hüquqpozmaların vaxtında qarşısının alınması və bu sahədə profilaktiki işlərin kəsərliliyinin artırılması” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev giriş sözü ilə çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirib.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov , Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli, Ordubad rayon İcra Hakimiyyətinin əməkdaşı Emin Mehbalıyev və  Ordubad rayon Təhsil şöbəsinin əməkdaşı Əfqan Hüseynov mövzu ilə bağlı çıxış ediblər.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.