Şuşada TDT ölkələrinin rəqabət qurumları rəhbərləri Birgə Kommünike imzalayıb

Şuşada TDT ölkələrinin rəqabət qurumları rəhbərləri Birgə Kommünike imzalayıb

13 İyun 2026

Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclası yekunlaşıb. Toplantının nəticəsi olaraq Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin rəqabət sahəsində fəaliyyət göstərən qurumlarının rəhbərləri Birgə Kommünike imzalayıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, imzalanan sənəd rəqabət siyasəti istiqamətində əməkdaşlığın daha da genişləndirilməsini, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsini, həmçinin gələcək dövr üçün ortaq fəaliyyət prioritetlərinin müəyyən edilməsini əhatə edir.