Naxçıvanın ucqar dağ və sərhəd kəndlərində məzunlarla görüşlər keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşları “Son zəng” tədbirləri çərçivəsində muxtar respublikanın ucqar dağ və sərhəd kəndlərində yerləşən ümumtəhsil məktəblərində olublar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əməkdaşları Şərur rayonunun Şahbulaq, Babək rayonunun Göynük və Yuxarı Buzqov, Culfa rayonunun Ləkətağ və Gal, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Gömür və Şada, həmçinin Sədərək rayonunun Qarağac kəndlərində təşkil olunan “Son zəng” tədbirlərində iştirak ediblər.
Görüşlər zamanı məzunlar təbrik olunub, onlara hədiyyələr təqdim edilib, gələcək təhsil və həyat yollarında uğurlar arzulanıb.














