Naxçıvanda kikboksinq birinciliyi keçirilib -

Naxçıvanda kikboksinq birinciliyi keçirilib - FOTO

13 İyun 2026

İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Zərərli vərdişlərdən uzaq olaq, həmişə sağlam olaq!" devizi ilə kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə muxtar respublika birinciliyi təşkil olunub. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 80 idmançı mükafatlar uğrunda mübarizə aparıb. 

Yarışın hakim idarəçiliyində Azərbaycan Kikboksinq Federasiyasının 4 hakimi də iştirak edib. Sonda mükafatlandırma mərasimi keçirilib. İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.

Nəticələrə əsasən qızlar arasında Nuray Seyidova, Ayşəgül İsmayılzadə və Zərifə Məmmədli, oğlanlar arasında isə Oğuz Cavadlı, Ülvi Əliyev, Polad Həsənli, Samiq İbrahimov, Uğur Məmmədli, Ayxan Xəlilli, Kamil Dadaşov, Kamal Mustafazadə, Onur Qafarov, Mövlan Seyidov, Orxan Xəlilli, Uğur Abbasov, Seymur Məmmədov, Turan Həziyev, Əbülfəz Həsənov, Məhəmməd Talıbov, Rüzgar İbrahimli, Hüseyn Behbudov, Məmməd Qənbərli, Tamerlan Quliyev, Məhəmmədəli Əsgərov müvafiq yaş və çəki kateqoriyalarında birinci olublar.