Naxçıvanda məktəblilər arasında qaçış yarışı keçirilib - FOTO
Məktəblilər arasında atletikanın qaçış növü üzrə 26 İyun – Silahlı Qüvələr Gününə həsr olunmuş muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan yarışda 40 oğlan və 40 qız məktəbli müxtəlif məsafələr üzrə yarışıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yarışın nəticələrinə əsasən qızlar arasında 100 metr məsafədə Dilək Məmiyeva, 200 metr məsafədə Ofelya Süleymanova, 400 metr məsafədə Aytac Hüseynəliyeva, 800 metr məsafədə Aysel Hüseynova, 1500 metr məsafədə isə Rübabə Həsənova birinci olublar.
Oğlanlar arasında isə 100 metr məsafədə Caner Heydərli, 200 metr məsafədə Murad Muradov, 400 metr məsafədə Ceyhun Əsədli, 800 metr məsafədə Sahib Xudanov, 1500 metr məsafədə isə Səid Hüseynov qalib adını qazanıblar.
Sonda qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.










