Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib

Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib

05 İyun 2026

Avropa Minifutbol Federasiyasının feysbuk sosial şəbəkəsi hesabında Slovakiyada keçirilən qitə çempionatının qalibi olmuş Azərbaycan millisi ilə bağlı paylaşımlar edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, paylaşımda Azərbaycan millisinin üzvləri 2026-cı ilin Avropa çempionları adlandırılıb.

Federasiyanın sosial şəbəkə hesabında həmçinin Azərbaycan millisi üzvlərinin qələbə sevincini əks etdirən video da paylaşılıb.

Qeyd edək ki, Elşad Quliyevin baş məşqçisi olduğu minifutbol üzrə Azərbaycan millisi "Tipos Arena"da keçirilən final matçında Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edib.