Naxçıvanlı idmançılar Avrasiya Çempionatında gümüş medal qazanıblar - FOTO
Mayın 30-da Bakı şəhərində keçirilən İNBA/PNBA Qlobal Azərbaycan Avrasiya Çempionatında Naxçıvanı təmsil edən gənc idmançılar uğurlu nəticə göstəriblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan komandasının üzvləri Kənan Tağızadə və Özgür Heydərli güclü rəqabət şəraitində çıxış edərək fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.
Belə ki, Kənan Tağızadə Men's Physique 1,75 metrədək boy kateqoriyasında, Özgür Heydərli isə Men's Physique 1,75 metr üzəri boy kateqoriyasında gümüş medala layiq görülüb.
Qeyd edək ki, Avrasiya Çempionatında müxtəlif ölkə, şəhər və regionlardan yüzlərlə atlet iştirak edib. Naxçıvan təmsilçilərinin əldə etdiyi bu nəticə bölgədə natural bodibildinq və fitnes idmanının inkişafı istiqamətində görülən işlərin uğurlu nəticələrindən biri kimi qiymətləndirilir.










