İranda zəlzələ baş verib
İranda 4,8 bal gücündə zəlzələ baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 19:38-də qeydə alınıb. Zəlzələnin episentri Şiraz şəhərindən 99 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.








