Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb

Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb

02 İyun 2026

ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Ağ Evin saytına istinadən xəbər verir.

Məlumata görə, ABŞ lideri Virciniya ştatını təmsil edən Oldenin Bakıdakı diplomatik missiyanın rəhbəri postuna təyin edilməsi barədə sənədi Senata göndərib.

Hazırda ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsini Emi Karlon icra edir. Əvvəllər səfir postunu Mark Libbi tutub.