Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb

05 İyun 2026

Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, komandanı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Yığmanı azarkeşlər, yaxınları, ictimaiyyət nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, tarixində ikinci dəfə Avropa çempionu olan Azərbaycan millisi final matçında Ukraynanı iki cavabsız qolla üstələyib. Komanda daha əvvəl 2022-ci ildə bu titulu qazanmışdı.