Kənd təsərrüfatı torpaqları necə bölünür? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Miras bölgüsü zamanı kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsi mümkün olmadıqda bölüşdürmə hansı qaydada həyata keçirilir?
Cavab: Əgər kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsi mümkün deyildirsə, torpaq kəndli təsərrüfatında yaşayan və miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə, belə vərəsə olmadıqda isə təsərrüfat aparmağa iqtidarı və arzusu olan şəxsə verilməlidir.
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri - Elməddin Bağırov








