Yetkinlik yaşına çatmayanlar barəsində icraatın hansı qaydada aparılır? -

Yetkinlik yaşına çatmayanlar barəsində icraatın hansı qaydada aparılır? - HÜQUQ MƏSLƏHƏTİ

05 İyun 2026

Sual: Yetkinlik yaşına çatmayanlar barəsində icraatın hansı qaydada aparılır?

Cavab: Yetkinlik yaşına çatmayan şəxslər barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının aparılma qaydası Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş ümumi qaydalarla, habelə Cinayət-Prosessual Məcəlləsinin 428—435-ci maddələri ilə müəyyən edilir.

Cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov