Süni intellektlə saxta kontent cinayət məsuliyyəti yaradırmı? -

Süni intellektlə saxta kontent cinayət məsuliyyəti yaradırmı? - HÜQUQ MƏSLƏHƏTİ

08 İyun 2026

Sual: Süni intellektlə saxta kontent cinayət məsuliyyəti yaradırmı?

Cavab: Müasir rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt vasitələri insanların görüntüsünü və səsini real olmayan formada dəyişdirməyə və saxta materiallar hazırlamağa imkan verir. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, bu cür hərəkətlər cinayət məsuliyyəti yaradır.

Belə ki, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması, eləcə də həmin materialların mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması cinayət məsuliyyəti yaradır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov