Vətandaşın yaşadığı evə zorla daxil olmağın məsuliyyəti nədir? -

Vətandaşın yaşadığı evə zorla daxil olmağın məsuliyyəti nədir? - HÜQUQ MƏSLƏHƏTİ

03 İyun 2026

Sual: Vətandaşın yaşadığı evə zorla daxil olmağın məsuliyyəti nədir?

Cavab: CM-nin 157.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma 1000 manatdan 2000 manatadək cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Həmin əməl zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə 2 ilədək müddətdə islah işləri və ya 1 ilədək azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin cinayət işləri üzrə istintaqın aparılması prokurorluq orqanlarının səlahiyyətindədir.Bu halda zərərçəkmiş şəxs və ya onun qanuni nümayəndəsi ərazi üzrə prokurorluq orqanına müraciət edə bilər.

Sualı cavablandırdı: Culfa rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru: - Məhəmməd Əliyev