Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

08 İyun 2026

Xarici işlər naziri Ceyhun Bayramov iyunun 8-də Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan Respublikasının, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakı və çıxışı, habelə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.