“Pul verməsən, ifşa edərəm” demək cinayətdirmi? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: "Mənə pul verməsən, sənin haqqında rüsvayedici məlumatlar yayacağam" deyərək insanları şantaj etmək cinayətdirmi?
Cavab: Bəli, bu cür davranış qanunvericilikdə hədə-qorxu ilə tələb etmə (şantaj) adlanır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev








