Tramp İsrailin baş naziri ilə telefonla danışmağı planlaşdırır

Tramp İsrailin baş naziri ilə telefonla danışmağı planlaşdırır

08 İyun 2026

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahuya zəng etmək niyyətindədir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Ağ Ev rəhbəri İsrailin 12-ci Kanalına açıqlamasında deyib.

Tramp İsrail ərazisinə raket hücumuna cavab olaraq Netanyahunu İrana hücum etməkdən çəkindirmək istədiyini bildirib:

"İndi Netanyahuya zəng edib deyəcəyəm ki, İrana cavab olaraq hücum etməsin".

Qeyd edək ki, İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb.