Naxçıvanda flaminqolar müşahidə olunub - FOTO
Naxçıvanda təbiətin ən zərif və estetik quşlarından hesab olunan flaminqolar (qızılqazlar) yenidən görüntülənib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, fotolar tədqiqatçı-alim Hüseyn Rəsulzadə tərəfindən çəkilib. Onun sözlərinə görə, yaz və payız aylarında köç yolu üzərində yerləşən Naxçıvan bu nadir quşların müvəqqəti məskəninə çevrilir.
Arazboyu ərazilərdə və su hövzələrində müşahidə olunan flaminqolar bölgənin zəngin biomüxtəlifliyini bir daha nümayiş etdirir. Çəhrayı rəngləri ilə seçilən quşların sakit sularda yaratdığı mənzərə təbiətsevərlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, vulkanik landşaftları və unikal təbiəti ilə tanınan Naxçıvanda flaminqoların görünməsi bölgənin ekoloji əhəmiyyətini və köçəri quşlar üçün əlverişli yaşayış mühiti olduğunu göstərir.











