Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 14 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 53,4 milyon manat olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.
Bu il iyunun 1-nə qədər ölkədə 113 935 ədəd NKA quraşdırılıb.
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.








