Üzərində bıçaq gəzdirən şəxsi hansı cəza gözləyir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Üzərində bıçaq gəzdirən şəxsi hansı cəza gözləyir?
Cavab: Soyuq silah ( bıçaq, beşbarmaq, kəsici-deşici digər əşyalar və s) konstruksiyasına , ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat –məişət məqsədləri üçün nəzərdə tutulmur.Həmin silah insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.
CM-nin 228.5-ci maddəsinə əsasən buna görə 320 saatdan 400 saatadək ictimai işlər və ya 2 ilədək müddətdə islah işləri və ya 1 ilədək azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Culfa rayon Prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru - Məhəmməd Əliyev








