Tramp: ABŞ İranın infrastrukturuna yeni zərbələr endirə bilər

Tramp: ABŞ İranın infrastrukturuna yeni zərbələr endirə bilər

10 İyun 2026

ABŞ Prezidenti Donald Tramp İranın elektrik stansiyalarına və körpülərinə yeni zərbələr endirilməsi barədə əmr verə biləcəyini bildirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, bu barədə "Fox News" kanalına telefon müsahibəsində deyib.

"Ola bilsin ki, davam edəcəyəm. Onların saziş bağlamaq və xilas olmaq şansı var idi", - Tramp bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, İran tərəfi razılaşmanın əldə olunmasını həddindən artıq yubadıb, bu da, onun fikrincə, indiki vəziyyətə gətirib çıxarıb.