Pezeşkian: Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik
İran nə danışıqlar masasını, nə də döyüş meydanını tərk edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bizim prioritetimiz - milli təhlükəsizlik və xalqın əmin-amanlığıdır. Xalqın hüquqlarını qətiyyətlə müdafiə edir və heç bir təhdid qarşısında geri çəkilməyəcəyik. Diplomatiya və müdafiə - milli gücün iki qanadıdır. Biz nə döyüş meydanını nə də danışıqlar masasını tərk etmişik", - o qeyd edib.








