Naxçıvanda lisey və gimnaziyalara qəbul başlayır
2026-2027-ci tədris ili üzrə Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək.
Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə “Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.
Qeydiyyat müddəti: 9 – 19 iyun Mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısı ilə aşağıdakı keçidə daxil olaraq tanış ola bilərsiniz:
️https://arti.edu.az/2026/06/08/lisey-v%c9%99-gimnaziyalara-q%c9%99bul-baslayir/








