REGES Usta Klubu layihəsi Naxçıvanda uğurla davam edir - FOTO
REGES Tikinti Materialları Zavodu peşəkar ustalarla əməkdaşlığı daha da gücləndirmək məqsədilə həyata keçirdiyi "REGES Usta Klubu" layihəsini uğurla davam etdirir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihəyə 3 iyul tarixində Şərur rayonunda start verilib. İlk görüş 3–7 iyul tarixlərində keçirilərək tikinti sahəsində çalışan ustalar, briqada rəhbərləri və mütəxəssisləri bir araya gətirib.
Daha sonra layihə 10–16 iyul tarixlərində Ordubad və Culfa rayonlarında davam etdirilib. Növbəti mərhələ isə 18–26 iyul tarixlərində Naxçıvan şəhərində təşkil olunub və burada da tikinti sahəsinin peşəkarları üçün görüşlər, məhsul təqdimatları və təcrübə mübadiləsi həyata keçirilib.
"REGES Usta Günləri"nin növbəti dayanacağı Şahbuz rayonu olacaq. Tədbirin 29–30 iyul tarixlərində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, REGES Usta Klubu yalnız tədbirlər silsiləsi deyil, həm də peşəkar ustalarla uzunmüddətli əməkdaşlığın qurulması, təcrübə mübadiləsinin təşviqi və qarşılıqlı inkişafın təmin olunmasına xidmət edən platformadır.
REGES Tikinti Materialları Zavodu bütün tikinti ustalarını, briqada rəhbərlərini və sahə mütəxəssislərini "REGES Usta Günləri" tədbirlərində iştirak etməyə dəvət edir.










