Bu uşaqların peşə təhsilinə cəlb olunması istiqamətində yeni layihə hazırlanır

Bu uşaqların peşə təhsilinə cəlb olunması istiqamətində yeni layihə hazırlanır

23 İyul 2026

İnternat məktəbləri şagirdlərinin, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcəkdə peşə təhsilinə cəlb olunması istiqamətində yeni layihə hazırlanır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə qəbulu və yeni yaradılan ixtisaslarla bağlı brifinqdə deyib.

İ.Bayramlı bildirib ki, layihənin əsas məqsədi şagirdlərin və xüsusi qayğıya ehtiyacı olan uşaqların məşğulluğuna dəstək vermək, onların peşə bacarıqlarını inkişaf etdirmək və əmək bazarına inteqrasiyasını təmin etməkdir:

"Bu çərçivədə iştirakçılar müxtəlif peşə məşğələlərinə cəlb olunacaq və praktiki bacarıqlar əldə edəcəklər".