Naxçıvan TV-nin sədr müavini vəzifəsindən azad edilib

Naxçıvan TV-nin sədr müavini vəzifəsindən azad edilib

23 İyul 2026

İlhamə Novruzova “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsindən azad edilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı 23 iyul 2026-cı il tarixli sərəncama əsasən Novruzova İlhamə Tofiq qızı “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsindən azad edilib.