Azərbaycan Belarusda irimiqyaslı sənaye sərgisində iştirak edəcək

Azərbaycan Belarusda irimiqyaslı sənaye sərgisində iştirak edəcək

23 İyul 2026

Azərbaycan "İNNOPROM. Belarus" beynəlxalq sənaye sərgisində iştirak edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə BELTA informasiya agentliyi Belarus Ticarət və Sənaye Palatasının (BelTSP) sədri Mixail Myatlikova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Qazaxıstan sərgidə iştirak etmək üçün artıq ekspozisiyalar hazırlayır.

Myatlikov xatırladıb ki, sərgi 30 sentyabr-2 oktyabr tarixlərində Minskdə keçiriləcək.

"Ötən il bu tədbir ilk dəfə keçirildi və dünyanın 24 ölkəsindən 14 min peşəkar ziyarətçini - biznes nümayəndələrini bir araya gətirdi. Bu il biz artıq proqramın hazırlanmasına başlamışıq. Əgər ötən il Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistandan ekspozisiyalar təqdim olunmuşdusa, bu il Rusiya, Azərbaycan və Qazaxıstandan da müraciətlər daxil olub və ekspozisiyalar hazırlanır", - o bildirib.