Təcridxanaya diş məcununun içində marixuana keçirmək istədi

Təcridxanaya diş məcununun içində marixuana keçirmək istədi

23 İyul 2026

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məhkumla qısamüddətli görüşə gəlmiş qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 2,2 qram olan qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.