Ölkəyə qanunsuz keçirilən 300 mobil telefon aşkarlanıb

Ölkəyə qanunsuz keçirilən 300 mobil telefon aşkarlanıb

21 İyul 2026

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində mobil telefonların qanunsuz yolla gömrük sərhəddindən keçirilməsinin qarşısı alınıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, idarənin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkə ərazisinə yüksüz gələn nəqliyyat vasitəsinə  gömrük baxışı keçirilib.

Bu zaman nəqliyyat vasitəsinin qoşqu hissəsində gömrük orqanına bəyan edilməyən  300 ədəd  mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.